Hindistan çox təzadlı ölkədir. O, dünyanın super güclərindən biri olmaq, Marsa peyk göndərmək istəyir. Bu ölkədə onlarla milyader var. Bununla belə bir çoxlu sayda tikə çörəyə ehtiyacı insanlar da yaşayır.
Lent.az-ın «Daily Mail»-ə istinadən məlumatına görə, Hindistanda uşaq yaşlarında qızların ərə verilməsi də davam etməkdədir.
Ölkənin Uttar-Pradeş ştatından olan Fatimə Manqre «boşanmış» çoxsaylı yeniyetmələrdən biridir. 8 yaşı olanda onu boşayıblar. 4 il öncə atası onu Arjun Bakridi adlı bir kəndli ilə nişanlayıb. Oğlan ondan gəmi 6 yaş böyükdür. 4 il sonra Arjun nişanlısını evinə aparıb, birgə ailə həyatı yaşamaq üçün gələndə Fatimənin atası qızını evdən buraxmayıb.
Fatimənin atası Anil kürəkəninə deyib ki, qızının 10 ildən sonra qızının 18 yaşı tamam olanda gələr. Kürəkən isə o qədər gözləmək istəmədiyini bildirib və nəticədə 8 yaşlı nişanlısı ilə boşanıb.
«Nəhayət başa düşdüm ki, belə erkən yaşda qızı ərə vermək çox böyük səhvdir.Onun uşaqlığını yaşamasını mən təmin etməliyəm»-deyə, Fatimənin atası söyləyib.
Oğlanın atası Dipak Bakridi qudasının bu hərəkətindən razı qalmayıb. Ancaq hakimiyyət Anilin tərəfini saxlayıb.
UNİSEF-in məlumatına əsasən, Hindistanda qızların 22,1 faizi 18 yaşadək ərə verilir. Uttar-Pradeşdə isə bu rəqəm 33 faizdən çoxdur.