Xalq artisti Faiq Ağayev qarajını satışa çıxarıb. Müğənni bu barədə Lent.az-ın canlı yayımında qonaq olanda bildirib:
“Maddi baxımdan çətinliklər olur. Çünki biz 11 aydır işləmirik. Artıq qarajımı satışa qoymuşam. İstəyirəm ki, xərclərimin bir hissəsini o pulla bağlayım. Çox çətindir. Bu da elə mövzudur ki, adam irad bildirməyə də çətinlik çəkir. Çünki problem tək Azərbaycanın problemi deyil. Bütün dünyada pandemiya ilə əlaqədar işsizlikdir”.
Qeyd edək ki, F.Ağayevin müsahibəsinin tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz.
Müğənni qarajının satışa çıxarmasını videonun 32-ci dəqiqəsində danışıb.