Müğənni Lalə Məmmədova
19 iyun 2021 12:32 (UTC +04:00)

Müğənni Lalə Məmmədova

Xalq artisti Əməkdar artistə: “Oğlumu imtahandan niyə kəsmisən?

Əməkdar artist Lalə Məmmədova televiziya verilişlərinin birində başına gələn maraqlı hadisədən danışıb.

Lent.az məlumat verir ki, "Ay Zaur" verilişində L.Məmmədova deyib ki, bir neçə il əvvəl Üzeyir Hacıbəyov adına Milli Konservatoriyada təhsil alan Əli Əliyevin atası Xalq artisti, tarzən Firuz Əliyev ona şikayətə gəlib:

"Elə başa düşmüşdü ki, mən onu imtahandan kəsmişəm. Ancaq bakalavr sistemində qaib limitini keçənlər imtahana buraxılmır. Əli Əliyevin isə dərslərə davamiyyəti zəif idi. Kafedrada cavabları yoxlayandan sonra gəlib dedi ki, uşağımı niyə kəsmisən?".

Xalq artisti Firuz Əliyev və oğlu Əli Əliyev

# 312393
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar