Gigi Hadid, Kendall Jenner və daha bir çox məşhur model dizayner Karl Lagerfeld üçün birləşib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur moda jurnalı “Vogue” 2019-cu ildə dünyasını dəyişən dizayner Karl Laqerfeldə ehtiramını bildirərək, moda dünyasının ən məşhur modellərini unudulmaz çəkilişdə bir araya gətirib.
Əfsanəvi fotoqraf Annie Leibovitzin çəkdiyi kadrlarda 10 dizayner Lagerfeldin irsini əks etdirən görüntülər yaradıb. 2019-cu ilin fevralında 85 yaşında vəfat edən Karl Lagerfeld moda sənayesinin ən məşhur adlarından biridir.
Fransanın lüks moda brendləri "Chanel" və "Fendi"nin kreativ direktoru kimi tanınan dizayner sektora verdiyi töhfələr və baxışı ilə adını moda tarixinə qızıl hərflərlə yazmağı bacarıb.
Lüks moda jurnalı "Vogue" may buraxılışında Laqerfeldə unudulmaz bir çəkiliş edib. Jurnal modanın paytaxtı Parisdə məşhur "Grand Palais"də dizaynerin sevimli 10 modelini bir araya gətirib.
Əfsanəvi fotoqraf Enni Leibovitz Anok Yai, Şalom Harlow, Kendall Jenner, Liu Wen, Adut Akech, Natalia Vodianova, Naomi Campbell, Amber Valletta, Gigi Hadid və Devon Aoki kimi modellərlə kadrlar çəkib.
May ayının digər diqqət çəkən məqamı isə ilin moda hadisəsi Met Galadır. "Met Gala"nın builki mövzusu “Karlın şərəfinə”dir.
Məşhur adların qırmızı xalçada unudulmaz görünüşlərlə poza verəcəyi gecədə dizayner mükafatlandırılacaq.
Lent.az 10 modelin birlikdə çəkilişdən görüntülərini təqdim edir...