Tanınmış aktrisa, əməkdar artist Vəfa Zeynalova özünə yeni biznes qurub. Bundan öncə geyim mağazası açan aktrisa indi də kafe işlətməyə başlayıb.
Lent.az-ın xəbərinə görə, şəhərin mərkəzində yerləşən kafeyə retro üslubunda tərtibat verilib. Məkanın dizaynında Azərbaycan aktyorlarının fotolarından, filmlərdəki obrazlarından, köhnə pianodan və milli üslubdan istifadə edib.
Kafenin bütün əməkdaşları milli geyimlər geyinirlər. Vəfa Zeynalova özü də yeni açılmış kafesində gələn qonaqlarını qarşılayır.
O, hələlik günün çox hissəsini kafedə keçirdiyini söyləyib. Kafenin qonaqları retro musiqilər altında xoş saatlar keçirirlər.
Vəfa Zeynalova Akademik Milli Dram Teatrındakı fəaliyyətinə də davam edir.