ABŞ-da varlı adamların mülklərinə girib qarət edən peşəkar oğruya hökm oxunub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 37 yaşlı Eytan Ekerman özünü daşınmaz əmlak satışı üzrə agent kimi qələmə verərək Beverli Hilz rayonunda yaşayan məşhurların evlərinə daxil olurmuş.
O, 2016-cı ildən 2018-ci ilə qədər müğənni cütlük Aşer və Adam Lambertlərin evi də daxil olmaqla onlarla evdən 5,5 milyon dollar məbləğində oğurluq edib. Bu cinayət işlərində ona ortaqları yardım ediblər.
Peşəkar oğru 31 il müddətinə azadlıqldan məhrum edilib.