Uşaqlıqda anasına  verdiyi sözə   əməl edibmi? - AÇIQLAMA
28 iyul 2023 15:54 (UTC +04:00)

Uşaqlıqda anasına verdiyi sözə əməl edibmi? - AÇIQLAMA

"Qalatasaray", "Atletiko" və "Barselona"nın keçmiş futbolçusu Arda Turan keçmişdə yaşadığı maddi sıxıntılardan danışarkən anası ilə bağlı kövrək bir hekayəni xatırlayıb.

 Lent.az-ın xəbərinə görə, Arda Turan deyib:

“Anamın 32-34 yaşı olardı. Uşaq idim onda. Evə gəldim, gördüm ağlayır. Səbəbini soruşdum. Dedi, evimiz çox kiçik, çox rütubətlidir. Heç rahatlıq tapa bilmirəm. Ona söz verdim ki, sən 40 yaşına çatmadan çox gözəl bir ev alacam.

Futboldakı uğurlarımın çoxu anama verdiyim sözlə bağlıdır. 40 yaşının tamam olmasına 5 ay qalmış o gözəl evi alıb, anama bağışladım. Ömrümün ən gözəl günü o gün idi”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar