Braziliyadan gəlib karyerasınatürkiyədə davam edən aktrisa və model Jessika may maraqlı etiraf edib.
Lent.az-ın xəbərinə görə, 2018-ci ildə türk sevgilisi Hüseyin Kara ilə Braziliyada toy edən aktrisa buna peşman olduğunu söyləyib.
“O zaman Türkiyədə hələ yeni idim. Adətləri bilmirdim. Biz Hüseynlə mənim vətənimdə evləndik, Trabzonda toy olmadı. Sonra bildim ki, burada gəlinə toy günü çoxlu qızıl hədiyyə edirlərmiş. Bunu qaçırdığım üçün çox peşman oldum. Bir bilərzik belə bağışlamadılar mənə” deyə o bildirib.
Jessika May türk dilini gözəl bilir. Türkiyədə “Yeni gəlin” , “Mariya və Mustafa” eriallarına çəkilməklə uğur qazanıb.