Türkiyəli məşhur müğənni həbs edilib.
Lent.az xəbər verir ki, ifaçı Halil Sezai 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, sənətçi qonşusu Hüseyn Meriçi təhqir etdiyinə görə cəzalandırılıb. Onun barəsində iş qaldırılaraq, həbsinə qərar verilib.
Qeyd edək ki, Sezai 2020-ci ildə "Qəsdən silahla yaralama", "Silahla hədələmə" maddələri ilə təqsirli bilinərək həbs edilmişdi.