"Toppuş bacı"nın əri:  "Qayınatam deyir yenidən evlən"
10 iyun 2023 12:27 (UTC +04:00)

"Toppuş bacı"nın əri: "Qayınatam deyir yenidən evlən"

Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Lent.az xəbər verir ki, o, qayınatasının ona evlənmək üçün icazə verdiyini bildirib.

"Qayınatam mənə söylədi ki, "Röyal, sənə icazə verirəm ailə qur". Mən dedim ki, mən evliyəm və mənim ailəm var, sadəcə dünyasını dəyişib. Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəyəm", - deyə o yazıb.

Qeyd edək ki, Tünzalə Əliyeva 2013-cü ildə ailə qurmuşdu. O, bu il yanvar ayında uzun sürən xərçəng xəstəliyi səbəilə 49 yaşında dünyasını dəyişib. Mərhumun Zəhra adlı bir qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11262
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar