Təyyarə bələdçisi gənclərin  “bal ayını"  xilas etdi
09 iyun 2023 17:10 (UTC +04:00)

Təyyarə bələdçisi gənclərin “bal ayını" xilas etdi

“Delta” hava yollarının təyyarə bələdçisi onların reysi ilə bal ayına gedən gənclərin söhbətini eşidib və dərhal köməyə tələsib.

Bələdçi Detroyt şəhərindən Puerto-Rikoya uçan gənclərin pasportu evdə unutduqlarına görə narahat olduqlarını görüb. Pasport olmadan onların məzuniyyətləri alınmayacaqdı.

Lent.az-ın xarici mediaya istinadən  xəbərinə görə, bələdçi Dasti Dills digər təyyarədəki ekipaj üzvlərinə zəng vuraraq pasportun gətirilməsini xahiş edib.

Gənclərin qohumu pasportu hava limanına gətirib, növbəti reysin ekipajına verib, beləcə Puerto Rikaya enən gənclər hava limanında arxadan gələn təyyarənin ekipajından öz pasportlarını götürə biliblər.

Gənclər sosial şəbəkə vasitəsilə şirkətə və Dastiyə təşəkkürlərini bildiriblər.


 

# 2400
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar