Müğənni Təranə Qumral qatıldığı teleproqramlardan birində Musa Musayevin qohumlarının onlara salam vermədiyini deyib.
Lent.az-ın xəbərinə görə, Təranə Qumral bildirib ki, Musa uzun illərdir anası və qardaşları ilə küsülüdür. Buna səbəb Musanın Təranəyə evlənməsidir.
“Məclisdə görəndə salam vermirlər. Könül Kərimova da salam vermir. Mənim Könülə, onun mənə pisliyi keçməyib. Cabbar Musayevlə birlikdədir, onunla işləyir. Bu belə də olmalıdır. Bir yerdədilərsə, onun dediyini təsdiq etməlidir. Niyaməddin Musayev isə Musanı gah dindirir, gah dindirmir. Musa onları çox istəyir, amma danışmırlar. Hansısa bir məclisə eyni vaxtda düşmüşüksə, mənə ayrılmış yerdə keçib otururam. Yalandan niyə danışaq? Bir ailədən bu qədər sənətkar çıxıb, amma hamısı bizdən küsülüdür”- deyə o qeyd edib.