Aşıq Telli Borçalı anasının ölümündən danışıb.
Lent.az-ın məlumatına görə, “Heç vaxt heç yerdə” verilişində anasından danışan Telli göz yaşlarına hakim ola bilməyib:
“Anam rəhmətə gedəndə yanında ola bilmədim. Axşam 9-da Bakıya çatdım, səhər 9-da dedilər ki, anam rəhmətə gedib. Təzədən rayona qayıtdım. Amma təəssüf edirəm ki, ölüm yanında ola bilmədim. Gərək bir gün artıq qalardım. Hər zaman anama deyirdim ki, ölüdən qorxuram. Yəqin o istəməyib ki, ölən anında onu görüm”. ( ağlayır )