Müğənni Tacir Şahmalıoğlu İbrahim Tatlısəsi canlı görmək arzusundadır.
Lent.az xəbər verir ki, ifaçı bu barədə "10 qat şou" proqramında danışıb:
"İbrahim Tatlısəsi çox sevirəm. Amma onunla görüşmək qismətim olmayıb. Nüşabə Ələsgərlinin oğlunun toyunda orada idim, görüşmək istədim. Amma məni yayındırdılar. Nüşabəyə də dedim ki, görüşüm. Qoymadılar".