Şvartsenegger nikahdankənar oğlu barədə nələr danışdı?-Maraqlı etiraf
06 iyun 2023 18:21 (UTC +04:00)

Şvartsenegger nikahdankənar oğlu barədə nələr danışdı?-Maraqlı etiraf

"Dəmir Arni" arvadını aldatdığına görə peşman olduğunu etiraf edib.
Hollivud ulduzu Arnold Şvartsenegger keçmiş arvadı Mariya Şrayverə xəyanət etməsi və nikahdankənar oğlu Cozef  barədə məlumat verməsindən danışıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Arnold keçmiş arvadının bu hadisədən sonra evliliklərini xilas etmək üçün ailə psixoloquna müraciət etdiyini bildirib. 

Məsələ burasındadır ki, Arnold öz xanımına evlərində işləyən ailəli bir xanımla xəyanət edib. Uzun müddət doğulan uşağın, yəni Cozefin öz oğlu olduğunu Arnold da bilməyib. Mariya Jozefin böyüdükcə Arnolda bənzəməsindən şübhələnib və ərini sorğuya çəkib. 

Aktyor etdiyi xəyanətə görə təəssüfləndiyini, ailəsinin dağılmasına səbəb olduğu üçün üzüldüyünü qeyd edib.

“Ona həqiqəti deyəndə ürəyimin dayanacağını düşündüm. Sonra həqiqəti dedim. Dedim ki, Mariya, Jozef mənim oğlumdur.  Mariya bu etirafdan sonra depressiyaya düşdü”, - ulduz aktyor bildirib.

Aktyor əlavə edib ki, boşansa da Mariya ilə dostluq münasibətlərini saxlaya bilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar