İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Lent.az xəbər verir ki, başa çatan matçlarda sürpriz qeydə alınmayıb.
Aşağı liqa təmsilçisi "Haddersfild"in qonağı olan "Mançester Siti" inamlı qələbə qazanıb. "Şəhərlilər" 2 cavabsız qolla mərhələ adlayıblar - 0:2.
"Tottenhem" Londonda "Donkaster"ə şans verməyib. Aşağı liqa klubu paytaxt komandasının qolları qarşısında açiz qalıb - 3:0.
"Arsenal" səfərdə "Port Veyl"dən üstün olub. Topçulara 1/8 finala vəziqə qazanmaq üçün iki dəqiq zərbə kifayət edib - 0:2.