Sinan Akçıl eyni xanımla  iki dəfə evlənməsindən danışdı
23 oktyabr 2023 11:47 (UTC +04:00)

Sinan Akçıl eyni xanımla iki dəfə evlənməsindən danışdı

Türkiyəli müğənni Sinan Akçıl qatıldığı teleproqramlardan birində eyni xanımla iki dəfə evlənməsindən danışıb.

 Lent.az-ın xəbərinə görə, o keçmişdə yaşadığı hər şeyin, xətaların da, qüsurların da onun üçün qiymətli olmasından danışıb.

 “Eyni xanımla iki dəfə evlənmişəm. Birinci dəfə aşiq olduq, ikimiz kimsəyə demədən nikaha girdik. Sonra ayrıldıq. İllər sonra bir oteldə qarşılaşdıq. Aramızda yenidən duyğular oyandı. Otelin həyətində sabaha qədər romantik söhbətlər etdik. Yenidən evləndik. Ürəyimizdə qalmasın deyə bu dəfə böyük toy etdik,  onun anasını- atasını, qohumları çağırdıq. Lakin toy günü dalaşdıq. Səbəb onun seçdiyi gəlinlik idi. Mən qadınların açıq- saçıq geyinməsinin tərəfdarı deyiləm. Gəlinlik çox açıq idi. Gəlinlik dediyin mənim üçün müqəddəs bir libasdır. 8 ay evli qalıb yenidən ayrıldıq. Lakin peşman deyiləm. Məni mən edən şey yaşadıqlarım, keçmişimdir”,- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar