Silvestr Stallone qızları üçün 25 milyon dollara  malikanə aldı
20 sentyabr 2024 18:49 (UTC +04:00)

Silvestr Stallone qızları üçün 25 milyon dollara malikanə aldı

Hollivud ulduzu Silvestr Stallone üç qızı üçün 24,95 milyon dollara Şərqi Hemptonda cazibədar malikanə alıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Rokki" təxminən 12,000 kvadrat fut yaşayış sahəsi olan və bir akrdan çox ərazidə yerləşən malikanəni qızlarına hədiyyə edib.

8 yataq otaqlı, doqquz vanna otağı olan ev üç mərtəbəlidir və çimərlikdən cəmi bir mil məsafədədir. Evin içində xüsusi lift, həyətində böyük hovuz var.
Evə girəndə qonaqları ikiqat hündürlüklü giriş zalı və dəbdəbəli pilləkən qarşılayır. 

İki böyük qarajı olan ev əntiq aksessuarlarla bəzədilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar