“Mənim də ali savadım var. Bu sahəyə təsadüfi gələn adam deyiləm”.
Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev “Heç vaxt heç yerdə” verilişində deyib. O, “Bu sahədə Manaf Ağayev məktəbi var” sözlərinə aydınlıq gətirib:
“Mən sözümün ağasıyam. Oxuyan tanıyıram ki, məndən yaxşı oxuyur, amma toyda kölgədə qalır. Çünki meydanı ələ almağı yoxdur. Məsələn, Bakı toyu ilə Qazax toyu fərqlidir. Bütün kütləni ələ almağı bacarmalısan. Elə etməlisən ki, insanlar oynasın. Deyirlər ki, silləni vurdun, çıx. Bax, toyda ifa da belədir. Mən başa düşürəm ki, müğənni üçün ali savad lazımdır. Amma toyda hər müğənni oxuya bilməz”.