Müğənni Sevda Yahyayeva toyunda geyinəcəyi gəlinlik libasından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı "MTV Azərbaycan" da bildirib ki, özəl günündə geyinəcəyi libası artıq hazırdır:
"Toyumuzun gözəl olması bizim də arzumuzdur. Türkiyənin məşhur modelyeri Muammer Ketenci gəlinliyimi artıq tikib, hazırdır. İstanbulda olanda onunla görüşdüm, ölçülərimi götürdü. Çox bahalı bir dizayndır, məhz mənim üçün hazırlanıb və hədiyyə edib".
Qeyd edək ki, S.Yahyayeva yeddi aydır Zakir adlı həkimlə nikah bağlayıb, lakin karantin səbəbi ilə toy məclisi edə bilmir.