Bir zamanlar müğənni Sərdar Ortacın “Kara biberim” mahnısına çəkilən klipdə göbəyində zeytin yeyilən aktrisa İlknur Soydaş uzun fasilədən sonra ekranlara dönür.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə o özü məlumat verib.
Serdar Ortacın mahnısını yenidən ifa edən Edis və Gülşən bu kadrları təkrarlamaqla gündəmə gəliblər.
İlknur Soydaş yeni klipi gördüyünü bildirərək, “mən qara bibər idim, Gülşən də sarı bibər olub” deyərək zarafat edib.
47 yaşlı aktrisanın yaşından xeyli gənc görünməsi diqqətdən yayınmayıb. O, tezliklə bir telelayihə ilə ekranlarda görünəcəyini bildirib.