Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç sevgilisi və həmkarı Seçil Gür ilə paparazzilərin hədəfinə tuş gəlib.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, S.Ortaç müxbirin söhbətə "Sevgiliniz Seçil Gür" sözləri ilə başlamasına etiraz edib:
"Sevgili demə, həyat yoldaşımdır, xanımımdır. Onun nə istədiyi önəmlidir, evlilik istəyirsə, evlənəcəyəm. Mənim üçün sonuncu dayanacaq Seçildir".