Türkiyəli müğənni Serdar Ortac son zamanlar sosial şəbəkələrdən çox aktiv istifadə edir və tamaşaçılarının verdiyi bütün sualları cavablandırır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir zamanlar saysız- hesabsız mülkləri, pulu olan Serdar Ortac qumara qurşanıb əlində olan hər şeyini itirdiyini etiraf edib.
Şoumen Mehmet Eli Erbille canlı bağlantı quran müğənni əlində yalnız bir evinin qaldığını, onu da öz xidmətçilərinə vəsiyyət etdiyini bildirib.
“Övladım yoxdur, nəyim qalarsa, onu öz aralarında bölüşərlər. Bu günə qədər pul yığmadım. İndən belə qazandıqlarımı yığmağa çalışacam”.
Qeyd edək ki, Serdar Ortac MS (multipl skleroz) xəstəliyindən əziyyət çəkir.