Məşhur sənətçi Serdar Ortaç qatıldığı YouTube proqramında şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bütün pulunu qumara görə itirdiyini deyən Ortaç səhhətindəki problemlərə də toxunaraq, pərəstişkarlarını “Bir lirə də istəmirəm, amma əl-ayağımı geri istəyirəm” sözləri ilə duyğulandırıb. O, borclarını ödəmək üçün müəllif hüquqlarını icarəyə verdiyini də bildirib.
Pop musiqisinin sevilən ulduzu Serdar Ortaç youtuber Orkun Işıtmakın "Çəhrayı yalanlar" verilişinə qonaq olub. Proqram zamanı yalan detektoruna qoşulan Ortaç ona verilən suallara səmimi cavablar verib.
Ortaca "qumarda 50 milyon dollara yaxın pul itirdiyiniz deyilir. Bu doğrudurmu?" sualı verilib.
Məşhur sənətçi bu iddiaya "Rəqəmi deyə bilmirəm. Bu səbəbdən sual belə verilməlidir: “Qumarda çox pul itirmisiniz?"
Yenidən "Qumarda həyatında qazandığın pulların hamısını itirmisənmi?"- deyə soruşduqda, Ortaç ürəyini boşaldıb, "Bəli, itirdim. Qumar iyrəncdir. Bundan artıq deyiləcək bir şey yoxdur. Qumar ailəni, pulunu, evliliyini, sağlamlığını məhv edir. Məhv etməyəcəyi heç bir şey yoxdur. Sadəcə 3 lirə qazanmağın üçün 300 lirən gedər" deyib.
Qumarın həyatındakı sarsıdıcı təsirlərini izah edən sənətçi əlavə edib: "İntihar edərsən, tarazlığın pozular. Dostların səni atıb gedər. Kimdənsə borc alıb pul tapmağa çalışırsan. Sonra da gecənin bir yarısında kiməsə zəng edib borc istəyirsən. Bu, səni kiçildir, səviyyəni, keyfiyyətini aşağı salır".
MS xəstəliyi ilə mübarizə aparan Ortaç “Pul xoşbəxtlik gətirirmi?” sualına bu ürəkağrıdıcı cavabı verib:
"Mütləq. Pul xoşbəxtlik gətirir, amma sağlamlığı satın ala bilməzsən. Pul saxta xoşbəxtlik gətirir... Bir lirə də istəmirəm, amma əl-ayağımı geri istəyirəm. Bütün pullarım gesin".