Sərdar Ortac Pərviz Bülbüləni dinləyib məst oldu -VİDEO
06 aprel 2023 13:17 (UTC +04:00)

Sərdar Ortac Pərviz Bülbüləni dinləyib məst oldu -VİDEO

Türkiyəli məşhur müğənni Serdar Ortac sosial şəbəkədə canlı yayım  zamanı azərbaycanlı meyxanaçı Pərviz Bülbüləni dinləyərək məst olub.

 Lent.az-ın xəbərinə görə, o, Pərviz Bülbülənin toy mərasimindəki çıxışını heyranlıqla izləyib, onun söylədiyi “Günah məndə deyil, gözlərindədir” şeirini  videoyazı ilə sinxron şəkildə oxuyaraq, sonda çox gözəl olduğunu bildirib. 

Qeyd edək ki, Sərdar Ortac dəfələrlə canlı yayımlarda Azərbaycanı çox sevdiyini və köçüb bu ölkədə yaşamaq istədiyini deyib. O tez-tez sosial şəbəkədə canlı yayımlarda azərbaycanlı müğənnilərin ifalarını dinləyir və bu mahnıları repertuarına daxil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37296
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar