Əməkdar artist Bəsti Bəkirova və müğənni Sevda Əliqızı arasında efirdə qalmaqal yaşanıb. Onların davası mərhum Xalq artisti Səməd Səmədovla bağlı olub.
Lent.az xəbər verir ki, Bəsti Bəkirova Səməd Səmədovla duet ortaqlığına pula görə son qoyduğunu deyib:
"4 il duet ortağı olduq. Gəncədə toy danışmışdıq. Səhər saat 4-ə kimi toy oxumuşdum, sonda gətirib mənə qat-qat az verdi. Dedim ki, bu azdır, o da dedi, istəmirsən get. Məni qane etmədi, davasız, şavasız getdim".
Bəsti Bəkirovanın sözlərinə proqramda qonaq olan müğənni Sevda Əliqızı etiraz edəndə Bəsti Bəkirova sərt reaksiya verib. "Səmədlə ayrılanda ona "kaftar" belə deyirdin. O isə sənə "qoca" deyirdi. Bir-birinizə dəfələrlə "qoca, kaftar" dediniz” deyib.
Bəsti Bəkirovanın bu açıqlaması ilə studiyada dava düşüb.