Müğənni və aparıcı Seda Sayan qatıldığı şou proqramlardan birində məşhur prodüser Acun Ilıcalı haqqında maraqlı fikirlər səsləndirib.
Lent.az-ın xəbərinə görə, Seda Acunun onu aldadaraq Survivor proqramına çəkilmək üçün Dominikana aparmasından və orda tək buraxmasından danışıb.
“İndi burda bu hadisəni gülərək danışıram, amma o gün çox qorxmuşdum. Acun məni saçımdan tutaraq zorla təyyarəyə mindirdi. Getmək istəmirdim. Oğlumdan icazə aldı, sənədlərimi hazırladılar, mindirdilər məni təyyarəyə, getdim düşdüm Dominikanın hava limanına. Orda məni qarşılamalıydılar. Heç demə, bu ölkədə viza qaydaları başqa ölkələrdən çox fərqliymiş , mənim xəbərim yox.
Hava limanına düşmüşəm, məni nə ölkəyə buraxmrlar, nə təyyarə qayıtmağa imkan vermirlər, eləcə hava limanında oturub qalmışam, polis də durub yanımda. Nə telefonum işləmir, nə Acundan bir xəbər var. Üstəlik ingiliscə nə mən, nə onlar normal danışa bilirdilər. Ağladım, çox qorxdum. Bundan sonra Acun məni öldürsə də onun pqoqramına qatılmayacam”, - müğənni bildirib.