Aparıcı Samir Bayramlı Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa haqqında qalmaqallı fikir söyləyib.
Lent.az xəbər verir ki, aparıcı "Səhərin səsi" verilişində "Zəhləm getsə də, buradan deyirəm, özü də eşitsin. Ziya Ağa çox istedadlıdır. Amma zəhləm gedir, nə yalan deyim”, - deyib.
Bununla bağlı aktyorun münasibətini öyrənmək üçün əlaqə saxladıq. Ziya Ağa "Bu barədə danışmaq istəmirəm. Belə suallara cavab verməyəcəyəm", -, o bildirib.
Qeyd edək ki, o, "İkinci pərdə", "Dalan", "Sus" və digər filmlərdə çəkilib.