Meyxanaçı Rüfət Nasosnı bu günlərdə türk musiqilərini ifa etməklə gündəmə gəlir.
Lent.az-ın xəbərinə görə, o, “Tual” qrupunun “Yene aylardan kasım” mahnısını aparıcısı olduğu teleproqramda ifa edib. Meyxanaının ifası birmənalı qarşılanmayıb.
Rüfət Nasosnı isə onu tənqid edənlərə cavab olaraq bildirib ki, oxumağında qüsur yoxdur, sadəcə azərbaycanlı tamaşaçılar hər mahnını qəbul etmirlər.
“Barış Mançonun “Domates, biber, patlıcan” mahnısı Türkiyədə də sevildi, bizdə də. Onu qəbul etdilər. Mən badımcan, badımcan desəm, badımcan haqqında mahnı oxusam, bütün saytlar həmin gün məndən yazar, biabır olaram”,- deyə o qeyd edb.