Röya şəhidin sevgilisinə yazdığı sözlərə MAHNI OXUDU -VİDEO
11 avqust 2022 09:56 (UTC +04:00)

Röya şəhidin sevgilisinə yazdığı sözlərə MAHNI OXUDU-VİDEO

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

Lent.az xəbər verir ki, müğənni mahnını studiyada səsləndirdiyi anları "Instagram" hesabında paylaşıb.

O, videoya “Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”, -  şərhini yazıb.

Xalq artisti Nurəddin Mehdixanlı şəhidə xitafən yazılan sözləri qiraət edib. “Yada düşürsən” mahnısının bəstəkarı Fərid Kərimlidir.

Xatırladaq ki, Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonununu Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib.

1993-cü il aprelin 5-də Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

# 5166
avatar

Oxşar yazılar