Barbadoslu müğənni Rihanna Beverli Hilzdəki evini Conni Deppin agenti Treysi Ceyboksa satıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, agent Rihannanın evini 10,3 milyon dollara alıb. Rihanna sözü gedən evi 2 il öncə 10 milyon dollara satın almışdı.
Verilən xəbərlərə görə, müğənni evi satarkən ziyana düşüb. Çünki əldə etdiyi məbləğin bir hissəsini vergi ödəmələrinə və rieltorlara ödəməli olub.
1930-cu ildə tikilən və yeni təmirdən çıxan evin sahəsi 146 kvadratmetrdir. Evin 4 yataq, 5 hamam otağı, bir böyük zalı, hovuzu və xüsusi istirahət güşəsi var.