Dünya ulduzu Rihanna Los-Ancelesdə göydələndə ev alıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə il əvvəl həmin ev amerikalı aktyor, “Dostlar” serialının ulduzu Metyu Perriyə məxsus olub.
Rihannanın yeni evi "The Century Tower"in 40-cı mərtəbəsində yerləşir və 863 kvadratmetr ərazini tutur. Müğənni Perrinin keçmiş penthausu üçün 21 milyon dollar ödəyib. Eyni zamanda ilkin olaraq obyekt üçün 28 milyon pul istəyiblər. Aktyor onu 2017-ci ildə 20 milyon dollara alsa da, 2021-ci ildə satıb.
Müğənninin ixtiyarında dörd yataq otağı, səkkiz vanna otağı, ev kinoteatrı olan geniş qonaq otağı və hovuz stolu var idi. Bəzi otaqlar panoramik şəhər mənzərələrini təqdim edir.