Dünya şöhrətli, ən zəngin müğənni elan edilən ulduz Rihanna yenidən musiqi sənayesinə geri dönür.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, barbadoslu ifaçı yeni "Lift Me Up" mahnısını təqdim edib.
Qeyd edək ki, "Lift Me Up" Rihannanın son altı ildə buraxdığı ilk solo mahnısı olacaq.
Xatırladaq ki, mahnı "Black Panther: Wakanda Forever After"in soundtreki olacaq və filmin noyabrın 11-nə planlaşdırılan premyerasından əvvəl, oktyabrın 28-də yayımlanacaq.