Rəqsanənin ərinə də cinayət işi açıldı , ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 16:46 (UTC +04:00)

Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU

Bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanovun istintaqa cəlb edilməsi barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırmışdı. 

Fazil Əmiraslanov artıq cinayət məsuliyyətinə də cəlb edilib.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs olunmayıb.

Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Onun vəkili Ramal Şahmarov faktı təsdiqləyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, F.Əmiraslanovun ölkədən çıxışına stop qoyulub. O, istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov bir neçə gün əvvəl video müraciət yayıb. 

O, müraciətində 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini açıqlayıb

Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar