Rəmişin keçmiş həyat yoldaşı  İLK DƏFƏ   efirdə  NƏLƏR DEMƏDİ  ... - FOTO
09 fevral 2021 12:10 (UTC +04:00)

Rəmişin keçmiş həyat yoldaşı İLK DƏFƏ efirdə NƏLƏR DEMƏDİ ... - FOTO

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) keçmiş həyat yoldaşı Arzu xanım "Elgizlə izlə" verilişində danışıb.

Lent.az-ın məlumatına görə, gitara ifaçısının keçmiş xanımı deyib:

"Rəmişlə 1979-cu ildə ailə qurmuşuq. El adəti ilə yox, götürüb qaçıb. Bir il sonra oğlumuz doğuldu, Rəmiş atasının adını - Hüseyn qoydu. Rəmişin ilk nikahdan iki qızı var, oğlumla onları görüşdürürdü.

Rəmişlə dava ilə ayrılmamışıq, mənə hörmət edirdi. Aramızda 14 yaş fərq var. Tez-tez gedirdi, həftələrlə qayıtmırdı. Bir dəfə getdi, qayıdanda anam dedi ki, gəlmə. Dəfələrlə gəlirdi, oğlunu görürdü. Övladım da deyirdi, atam bizimlə qalsın. Ehtiyat edirdim, pis vərdişləri var idi. Özüm vəzifədə işləyirdim, imkanım var idi. Bir gün Hüseyn geyindi getdi ki, atam verilişə çəkiləcək gedirəm. Rəmişə deyiblər Hüseyn gəlib. Gülü onların görüşməyinə narazılıq etmişdi. Hüseyn də küsdü. Sonra həbsxanaya düşdü, çıxdı. 2013-cü ildə Hüseyn rəhmətə getdi. Böyük qardaşı Vaqif Amerikadan Hüseynin dəfninə gəldi, amma Rəmiş özü gəlmədi.

İndi xəstədir, övladlarından halallıq almalıdır. Hüseyn kimi oğulu danmaq Allah yanında günahdır. Rəmişlə Gülü elə odlu-alovlu danışır ki... Sən necə arvaddan qorxasan ki, 33 yaşlı oğlun rəhmətə gedə, bir dəfə məzarını ziyarət etməyəsən".

Qeyd edək ki, Arzu Rəmişin ikinci həyat yoldaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27978
avatar

Yalçın UĞUR

Oxşar yazılar