Ulduz müğənni Madonna iyunun 24-də huşsuz vəziyyətdə küçədə tapılıb xəstəxanaya yerləşdirildən sonra, ilk dəfə Nyu-York küçələrində gəzərkən kameralara yaxalanıb. 15 gün öncə müğənniyə ağır bakterial infeksiya diaqnozu qoyulmuş, ailəsi vəziyyətinin kritik olduğunu bildirmişdi.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 62 yaşlı müğənni şort, köynək, idman ayaqqabısı, şlayapa və böyük gün eynəklərində görüntülənib.
İfaçının gümrah və sağlam görkəmi izləyicilərini sevindirib. Çünki ailəsi o xəstəxanada olarkən Madonnanın həyatı üçün qayğılandıqlarını, vəziyyətinin çox ağır olduğunu bildirmişdilər.