Rafael İsgəndərovun qızından izləyicilərinə SƏRT TƏNQİD:  "İstəsəm..."
26 iyul 2023 16:00 (UTC +04:00)

Rafael İsgəndərovun qızından izləyicilərinə SƏRT TƏNQİD: "İstəsəm..."

Əməkdar artistin Rafael İsgəndərovun blogger qızı Gülarə İsgəndərova hicab geyməsi ilə bağlı şərh yazan izləyicilərini sərt tənqid edib.

Lent.az-ın xəbərinə görə, o, sosial şəbəkə hesabında heç kəsin fikrinə ehtiyac duymadığını, İslam adətləri ilə yaşadığını bildirib.

"Mənə heç kəsin fikri önəmli deyil. Məni sevən insan belə sevir. Baş bağlayan zaman elə geyinmək lazımdır ki, insanlar çevrilib sənə baxmasın. Bəziləriniz bunu bilmirsiniz. Qınamıram sizi...

Öyrəşmisiniz dodaqları böyük, gözündə makiyaj olan xanımları görməyə... Başını düzgün bağlaya bilməyən qadınları görməyə o qədər öyrəşmisiniz ki, artıq bəzəksiz birini görəndə sizə qəribə gəlir.

İstədiyim paltarı istədiyim yerə - toya, dükana geyinə bilərəm. Bu mənim üçün problem deyil. Sizin üçün də problem olmamlıdır. Mən "Fashion blogger" deyiləm ki, burada mənim geyimlərim müzakirə edilsin. Mənə belə rahatdır.

İstəsəm bir paltarı 1 gün, istəsəm 10 gün də geyinərəm. Bu heç kimin işi deyil və heç kim buna qarışmamalıdır", - o bildirib

Gülarə İsgəndərova evlidir. Onun bir azyaşlı qızı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5124
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar