"Qızım ailə qurmaq istəmir, müğənni olmaq istəyirdi" - Xalq artisti
18 yanvar 2021 13:43 (UTC +04:00)

"Qızım ailə qurmaq istəmir, müğənni olmaq istəyirdi" - Xalq artisti

Xalq artisti Naibə Allahverdiyeva qızı Məryəm barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa “Evdəkilərə salam” verilişində bu sözləri deyib:

“Qızım ailə qurmaq istəmir. 23 yaşı var, xarici dilləri bitirib. Fakültəsi ingilis dili və tərcüməçiliyidir. Müğənni olmaq istəyirdi, razı olmadım. Nə qədər müğənni var. Səsi yaxşı deyildi, cırıldayırdı. Dedim səndən müğənni olmaz. Hansısa bir sənətin gərək sənətkarı olasan”.

N.Allahverdiyeva bildirib ki, qızının ailə qurmasını istəyir: “Nənə olmaq istəyirəm. Bəzən öz-özümə nəvə oxşadıram. O zaman da qızım balaca itini gətirib mənə verir ki, budur nəvən? ( gülür ) Harda kimin nəvəsini görürəmsə, içimdə paxıllıq olur. Nə edim? İndiki qızlar gec ərə gedir, bəyənmirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Yalçın UĞUR

Oxşar yazılar