Pulsuzluqdan kafedə qab yuyan işləmək istəyir -  Məşhur müğənnimiz
15 yanvar 2021 10:07 (UTC +04:00)

Pulsuzluqdan kafedə qab yuyan işləmək istəyir - Məşhur müğənnimiz

Müğənni İlahə Fəda işsizlikdən gileylənib.

Lent.az-ın məlumatına görə, ifaçı "Elgizlə izlə" verilişində bildirib ki, özünə iş axtarır: "Bu karantindən öncəki karantində özümə iş axtardım. Payız ayı idi. Anamı da götürüb bir kafeyə getdim. Kafenin qarşısına" Qab yuyan axtarırıq" yazılmışdı. Orda dedim ki, mən qab yuyan işləyə bilərəm. Amma məni işə götürmədilər. Elə bildilər ki, onları ələ salıram. Mənim iki diplomum var, heç biri işə yaramadı". 

# 2946
avatar

Yalçın UĞUR

Oxşar yazılar