Amerikalı porno film ulduzu, 36 yaşlı Kagney Linn Karter intihar edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Karterin ötən həftə evində ölü tapıldığı bildirilsə də, onun intihar etdiyi bu gün məlum olub.
Onun ölümü barədə ürək sözlərini paylaşan həmkarları Karterin müxtəlif porno filmlərdəki çıxışları ilə sektorda şöhrət qazanması barədə danışıblar.
Yüzdən çox filmdə rol alan aktrisanın əhəmiyyətli bir izləyici kütləsi qazandığı bildirilib.