Nikolay Baskov "Mavi işıq" adlı yeni il verilişinin çəkilişlərində gənc pələngin ədəbsizliyinin qurbanı olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, gələn ilin simvolu müğənniyə təhvil verildikdən sonra pələng özünü "Rusiyanın qızıl səsi"nin qucağında rahatladıb.
Rusiya şou-biznesinin ulduzları Yeni il hazırlıqlarına başlayıblar.
Bu məqsədlə studiyalardan birinə dəvət olunan Nikolay Baskov pələng balasını qucağına götürməyə çalışıb.
Heyvanın bu davranışına nəyin səbəb olduğu aydın deyil, lakin o, Baskovun qucağına qətiyyətlə batırıb.