Müğənni Kərim Abbasov ailəsi ilə birlikdə Misirdən istrahət görüntülərini paylaşıb.
Lent.az-ın xəbərinə görə, o ailəsi ilə Şarm-Əl-Şeyxdə dincəlir.
Oğlu Yusiflə görüntülərini paylaşan Kərim yazıb:
"Kaş ki, mənim də atam mənimlə bu qədər səbrlə davranıb, bu qədər öpüb, qayğıma qalardı. Mənim gördüyüm palaz çırpan, oxlov, pol taxtası, milçək öldürən… Hamısı da belimdə qırılıb.
Əgər istəyirsən ki , istirahətin burnundan gəlsin Yusifi özünlə apar. Zalım oglu kaprizləri ilə dincəlməyini məhv edəcək. Əsəbdən gülürəm".