Məşhur müğənni Özcan Deniz və iranlı modelyer Samar Dağdar yanvarın 21-də evləndiklərini bəyan ediblər.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ilə yaxın birlikdə yaşayan cütlüyün yaxın zamanlarda övladının olacağı məlum olub. Xəbəri isə Özcan Dənizin Feyza Aktandan olan oğlu Kuzey yayıb.
50 yaşlı müğənni ilə 28 yaşlı xanımı Zekeriyaköydəki evlərində sadə bir nikah mərasimi ilə münasibətlərini rəsmiləşdirmişdilər. Bal ayından qayıtdıqdan sonraq dərhal 4 yaşlı oğlunun görüşünə gedən Özcan Deniz ona bir bacısının olacağını xəbər verib.
Özcan Deniz 2018-ci ildə evləndiyi Feyza Aktan ilə qalmaqallı şəkildə boşanmış, qadın döyüldüyünü iddia etmişdi. Müğənni boşandıqdan az sonra indiki xanımı ilə görüşməyə başlayıb.