Məşhur məşqçi, “Galatasaray”lıların sevimlisi Fatih Terimin qızı Merve Terim sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
Lent.az xəbər verir ki, o, üzünü belə görə bilmədiyi oğlu üçün duyğulandırıcı yazı paylaşıb:
“Keçən il bu gün həyatımın ən bərbad günlərindən biri idi. Yaşadığım fiziki ağrı ilə yanaşı, ürəyimdə bəlkə də heç örtülməyəcək bir yara açıldı o axşam.
Hələ də öhdəsindən gəlmədiyim itkini bəzən, hamilə biri görəndə, bəzən, bir-birilərinə sımsıx sarılan qardaş və bacı görəndə, bəzən də xəstəxanada yeni ana olmuş biri ilə rastlaşdığımda çox ağrayır qəlbim... Amma əvvəlki kimi həyatı ciddiyə ala bilmirəm artıq. Əslində, həyat dəyərini fərq etmədiyimiz hər nəfəsdir.
Yaşın deyil, yaşadıqların sənə bu həyatı öyrədir. Yorula-yorula gəzib, qırıla-qırıla böyüyürük hamımız...
Yazmaq yaxşı gəlir: halına şükür etmək, əlindəkilərin qiymətini bilmək, səndən daha da ağır hekayələri olanlara da empati edə bilmək. Sətirlər daim dərman kimidir.
Bir az vicdan, bir az bahar, bir az yağış, bir az xəyal, bir az kitab, çoxlu ümid hamımıza yaxşı gəlir.
Səni heç görməsəm də, sənə heç qovuşmasam da, xəyalın həmişə gözümün önündədir. Mənim mələk oğlum, yuxarıda bir yerlərdə bir gün görüşmək ümidilə...”
Qeyd edək ki, keçən il ikinci dəfə ana olacağını deyən Merve Terim körpəsini itirdiyini açıqlamışdı.