Nigar  ikinci ərini evdən   qovmasından DANIŞDI: "Bir saatın içində  yox elədim"
01 aprel 2024 13:03 (UTC +04:00)

Nigar ikinci ərini evdən qovmasından DANIŞDI: "Bir saatın içində yox elədim"

Əməkdar artist Nigar Şabanova 2 dəfə ailə qurmasından və boşanmasından danışıb.

Lent.az-ın xəbərinə görə, qatıldığı proqramlardan birində o, şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

"Birinci evliliyim ailəmin təkidi ilə 16 yaşımda olub. "Xalq ulduzu" muğam müsabiqəsində iştirak edəndə artıq ailəm dağılmışdı. Ailə həyatım cəmi 1 il çəkdi.

Ailəmin dağılmasında günah məndə deyildi. Həyat yoldaşım kişiliyə sığmaz bir addım atdı. Dayım ərimin bacısını boşadı, onlar da məni anamın evinə gəri gətirdilər. Dedilər ki, “siz bizim qızımızı saxlamadınız, biz də sizim qızınızı saxlamırıq”, - o  bildirib

Nigar Şabanova deyib ki, ikinci dəfə ailə qurması  ən böyük səhvi olub: "Bir il cəhənnəmə dözdüm. Elə bil bir anda kimsə məni silkələyib, buz kimi suyun içinə salıb-çıxartdı. Özümə sual verdim ki, "sən axı niyə dözürsən?".

Ayağımı yerə vurdum və dedim ki, sən, ər evdən yox olmalısan. Və bir saatın içində o, evdən yox oldu. Mən onu yox elədim. Elə bilirdim ki, ikinci həyat yoldaşımı sevirdim. Amma sən demə, sevməmişəm. Bundan sonra da inanmıram ki, kasıb bir insanla yaşaya bilim. Çünki kasıba dəyər verdim və sonra hər şeyi gördüm.

İkinci həyat yoldaşım adımdan, cəmiyyətdə olan hörmətimdən böyük şəkildə istifadə edib", - o söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5799
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07