2011-ci ildə “Avroviziya” müsabiqəsinin qalibi olmuş müğənni Nigar Camal həmin müsabiqənin 2014-cü il qalibi olmuş və saqqallı qadın kimi yadda qalmış Konçita Vurtsla görüşüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Nigar öz sosial şəbəkə hesabında paylaşım edib. Onlar Niderlandda keçirilən konsertlərdən birində qarşılaşıblar.
O paylaşımın altından “Çox fərqli və cazibədar Konçita Vurts” sözlərini yazıb.