Əməkdar artist Mətanət İsgəndərli oğlunu yenidən evləndirməsi xəbərini təkzib etməsi cavabsız qalmayıb.
Lent.az-ın məlumatına görə, müğənninin keçmiş gəlini Canana onun yalanını üzə çıxarıb.
Canana qızının görüntüsünü yayaraq, onun da elçilik mərasiminə aparıldığını bildirib.
"Hər kəs deyir ki, təsadüfü addır. Verilişdə də elə deyib, amma bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda özü dedi ki, elçi gedirik. Mən də dedim, Allah xoşbəxt eləsin, ancaq balalarımı ögey anaya verməyə görə həyata gətirməmişəm. Qaytar mənim uşaqlarımı. O isə dedi ki, onlar heç mənə lazım deyil, hakim özü elə qərar verdi. Dedim ki, o hakimin mənimlə nə qərəzliyi var?
Uşaqlar olanların şahididir. Tuncay telefonla danışığımızda dedi ki, onsuz da Ayseli qəbul edən deyiləm. O, mənim anam ola bilməz".