Müğənni Natavan Həbibi şəxsi həyatından danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Onda görüşək" verilişində həyat yoldaşı reper Dadodan boşanma xəbərinə münasibət bildirib:
"Bizim məsələmiz hamıda necədirsə, elədir. Heç dalaşmayan, küsməyən ailə varsa, nə xoş onlara. Hamı onu yaşayır, biz də. Biz boşanmamışıq. Hər şey o qədər göz önündədir ki, insanlar hələ də nəsə fikirləşəndə deyirəm ki, mən necə safam. Dalaşdıq, barışdıq, videolar paylaşdıq".
Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı bir oğlan övladı var. Dado boşandıqlarını bir neçə ay öncə instaqram səhifəsində bildirmişdi.