Amerikalı müğənni Lizza ilə işləmiş rəqqaslar onu seksual təcavüzdə ittiham ediblər. Onlar bildiriblər ki, müğənni kollektivdə düşmənçilik salıb, hamını bir-birinə qarşı qoyub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun 3 keçmiş rəqqası müğənninin onlara qarşı seksual xarakterli hərəkətlər etdiyini bildiriblər. Lizza onları özü ilə striptiz klublara aparıb və müxtəlif intim oyuncaqlardan hamının gözü önündə istifadə etməyi tələb edib.
Lizza rəqqasları zorla öz bədəninə toxunmağa da məcbur edirmiş.