Müğənni xanım Kirkorovu HƏDƏLƏDİ -  “Sirlərini açacam”
28 iyul 2023 11:28 (UTC +04:00)

Müğənni xanım Kirkorovu HƏDƏLƏDİ - “Sirlərini açacam”

0

Rusiyalı müğənni Slava pop kralı Filipp Kirkorovu hədələyərək, onun şəxsi həyatı barədəki bütün sirləri açacağını söyləyib.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, onun bu açıqlaması gündəmə bomba kimi düşüb.

O, Filipp Kirkorovu da əməliyyat edən məşhur estetik cərrah Timur Haydarovun əl işlərinin keyfiyyətsiz olduğunu deyib, üzündə, sinəsində çapıqlar olduğunu söyləyib. Kirkorov öz həkimini müdafiə edib, Slavanın tövsiyələrə əməl etmədiyi üçün uğursuz nəticələr alındığını söyləyib.

Slava bildirib ki, əgər həmkarı həkimi müdafiə etməyə davam edərsə, onların bağlı qapılar arxasında nə işlə məşğul olduqlarını, hara getdiklərini açıb deyəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2760

Oxşar yazılar